Azərbaycanda havanın temperaturu yüksəlir

Aprelin 5-də Bakı və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən APA TV-yə verilən xəbərə görə, axşam yarımadanın bəzi yerlərində qısa müddətli yağış yağacağı ehtimalı var. Cənub küləyi əsəcək.

 

Havanın temperaturu Abşeron yarımadasında gecə 4-6 dərəcə isti, gündüz 10-15 dərəcə isti, Bakıda gecə 4-6 dərəcə isti, gündüz 13-15 dərəcə isti olacaq.

 

Aprelin 5-də Azərbaycanın rayonlarında əsasən yağmursuz, gecə və səhər bəzi yerlərdə duman olacaq, şərq küləyi əsəcək. Havanın temperaturunun Aran rayonlarında gecə 1-6 dərəcə isti, gündüz 13-18 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 7-12 dərəcə isti olacağı gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv