Sərdar Cəlaloğlunun qardaşı oğlu şəhid olub

Azərbaycan Demokrat Partiyası (ADP) sədri Sərdar Cəlaloğlunun qardaşı oğlu Rasim Məmmədov şəhid olub. Bu barədə APA-ya Sərdar Cəlaloğlu məlumat verib.

 

O qeyd edib ki, Rasim Məmmədov bu gün cəbhə xəttində gedən döyüşlərdə həlak olub: “Hazırda hava limanında onun cənazəsini gözləyirik. Naxçıvanda dəfn ediləcək”.

 

Rasim Məmmədovun atası Əbdül Məmmədov Qarabağ müharibəsinin veteranıdır.

Müəllif | Apa.Tv
Apa.tv