Dairə Seçki Komisiyasına yeni bina verildi

Gəncədə dairə seçki komissiyasının yeni istifadəyə verilən binasının açılışı olub.

 

Gəncə şəhərinin mərkəzində yerləşən qədim tarixi bina əsaslı şəkildə yenidən qurulduqdan sonra 40 saylı Kəpəz - Gəncə II Seçki Dairə Komissiyasının istifadəsinə verilib.

 

APA TV-nin qərb bürosunun verdiyi məlumata görə, binanın aşılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Mərkəzi Seçki Komissiyasının katibi Mikayıl Rəhimov və şəhər içtimayətinin nümayəndələri iştirak edib. Çıxış edənlər son illər ölkədə seçki sisteminin təkmilləşdirilməsi, Dairə Seçki Komissiyaları üçün müasir standartlara cavab verən iş şəraitinin yaradılması üçün həyata keçirilən tədbirlərdən danışıblar. Dairə Seçki Komissiyası 30 məntəqəni əhatə edir. Seçki günü burda səsvermədə iştirak edəcək 42.854 seçici qeydiyyata götürülüb. Onlardan 728 nəfəri ilk dəfə səs verəcək, 560 nəfərsə 80-100 arası yaşı olan seçicilərdir. Dairənin əhatə etdiyi 11 məntəqədə VEB kamera quraşdırılıb. Bütün seçki məntəqələrində tanınma lövhələri vurulub, seçkiqabağı təşviqatın aparılması ilə bağlı əlavə olaraq təşviqat lövhələri asılıb. Mərkəzi Seçki Komissiyası tərəfindən lazımi inventar və digər ləvazimatlarla təmin olunub.

Müəllif | Apa.Tv
Azər Məmmədli