Dolların yeni məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının aprelin 5-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

 

Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının rəsmi məzənnəsi aprelin 5-ə 1,5165 səviyyəsində müəyyən olunub.

 

Qeyd edək ki, dollar bu gün 1,5094 manata bərabər olub. Martın 11-dən aprelin 4-dək manatı dollara qarşı möhkəmlənməsi müşahidə olunub. Sözügedən müddət ərzində dolların məzənnəsi 1,6456 manatdan 1,5094 manata enib. 

Müəllif | Apa.Tv
Apa.tv