Ermənilər Ağdamda iki dinc sakini yaraladı

Ermənilərin ağır artilleriyadan açdığı atəş nəticəsində Ağdamda iki mülki şəxs yaralanıb.

 

APA TV-nin Qarabağ bürosunun xəbərinə görə, Ağdam rayonunun Hacıməmmədli kəndinə düşən mərmi kənd sakini, 1968-ci il təvəllüdlü Fikrət Quliyevin, Xındırıstan kənd ərazi nümayəndəliyinin Sarıçoban kəndinə düşən mərmilər isə 1967-ci il təvəllüdlü İlqar Cəfərovun yaralanmasına səbəb olub.

 

Yaralılar Ağdam Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan bildirilib ki, yaralıların həyatına təhlükə yoxdur.

Müəllif | Apa.Tv
Apa.tv