“28 Mall”da bomba həyəcanı
Bakının mərkəzindəki tanınmış ticarət mərkəzində partlayıcı qurğu olması barədə əlaqədar qurumlara müraciət daxil olub.
APA TV-nin məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu ərazisində, “28 Mall” ticarət mərkəzində baş verib. Partlayıcı olması barədə məlumat daxil olduqdan dərhal sonra əraziyə Fövqladə Hallar Nazirliyinin xilasetmə qüvvələri, istehkamçılar, polis əməkdaşları, təcili yardım briqadaları cəlb edilib.
Ticarət mərkəzinin partlayıcının olduğu bildirilən hissəsinə giriş məhdudlaşdırılıb, istehkamçılar axtarışlara başlayıblar.
Axtarış işləri 1 saata yaxın davam edib. APA TV-nin əldə etdiyi məlumata görə, ticarət mərkəzinə bomba qoyulması ilə bağlı məlumat təsdiqlənməyib.