Vaşinqtonda Ermənistan səfirliyi qarşısında aksiya keçirildi
Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda yaşayan soydaşlarımız Ermənistanın bu ölkədəki səfirliyi qarşısında etiraz aksiyası keçiriblər.
APA TV-nin məlumatına görə, aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin son günlər cəbhə xəttində törətdiyi təxribatlara etiraz edib, işğalçı qoşunların Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını, Ermənistan rəhbərliyindən terrorçu-təxribatçı siyasətə son qoymasını tələb ediblər.
Aksiyanın sonunda iştirakçılar tərəfindən qəbul olunmuş bəyanat oxunub və sənədin bir nüsxəsi işğalçı ölkənin səfirliyinə verilib.