Xarici valyutaların növbəti məzənnələri açıqlandı
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi martın 11-dən bəri ilk dəfə olaraq bahalaşıb. Mərkəzi Bank dolların kursunu 1,5165 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro da manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7271 manat olaraq açıqlanıb.
Rusiya rublunun məzənnəsi isə azalıb. Hazırda 1000 Rusiya rublu 22 manat 30 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.