Ermənilər Qarabağda ölən zabitlərin adlarını açıqladı

Ermənistan Müdafiə Nazirliyi Dağlıq Qarabağda ölən zabitlərin adlarını açıqlayıb.

 

APA-nın “armtoday.info” saytına istinadən verdiyi məlumata görə, bunlar 1985-ci il təvəllüdlü mayor Ayk Torosyan, 1993-cü il təvəllüdlü baş leytenant Merujan Stepanyan və kiçik serjant Ruben İskəndəryandır.

 

Xatırladaq ki, aprelin 4-də Ermənistan tərəfi aralarında 2 kapitan və 1 mayorun da olduğu daha 7 hərbçinin öldüyü barədə xəbər yaymışdı. 

Müəllif | Apa.Tv
Apa.tv