Ermənilərin açdığı atəş nəticəsində 16 yaşlı qız həlak olub

Erməni silahlı qüvvələrinin yaşayış məntəqələrini artilleriya zərbələri ilə vurması nəticəsində daha bir dinc sakin həlak olub. 

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, hadisə bu gün səhər saatlarında Tərtər rayonunun Həsənqaya kəndində qeydə alınıb.

 

Mərminin evə düşməsi nəticəsində 2000-ci təvəllüdlü Həsənova Turanə Kamandar qızı ölüb.

 

Məlumata görə, Kəlbəcər rayonundan məcburi köçkün olan Həsənovlar ailəsi Həsənqaya kəndində məskunlaşıb.

 

16 yaşlı qızın meyiti müayinə olunmaq üçün Tərtər morquna aparılıb.

Müəllif | Apa.Tv
Apa.tv