Ermənilərin yaralıları daşımasının görüntüləri yayımlandı

Ermənistan tərəfi qoşunların təmas xəttində verdikləri itkiləri gizlətməyə çalışsalar da, buna nail ola bilmirlər.

 

APA TV-nin məlumatına görə, Ermənistan saytlarında və sosial şəbəkələrdə yaralıların təcili yardım maşınları ilə daşınmasının görüntüləri paylaşılıb. Görüntülərdə yaralıların hərbi maşınlar və təcili tibbi yardım maşınları vasitəsilə daşındığı görünür.

 

Qeyd edək ki, aprelin 2-dən bu günə kimi Ermənistan silahlı birləşmələrinin cəbhənin təmas xəttindəki təxribatlarının qarşısının alınması nəticəsində düşmənin 370-dən artıq hərbi qulluqçusu məhv edilib. 

Müəllif | Apa.Tv
Apa.tv