"Adamyeyən komandir" öldürüldü

Suriyada öldürdüyü əsgərin daxili orqanlarını yediyi üçün "adamyeyən komandir" kimi tanınan Halit Əbu Sakkar öldürülüb.

 

Lent.az xəbər verir ki, bu barədə Suriyanın “Al Masdar” xəbər saytı məlumat yayıb. Bildirilir ki, Əbu Sakkar Lazkiyə istiqamətində öldürülüb.

 

Saytda yer almış xəbərdə əlavə olunub ki, Suriyanın hökumət qüvvələri "əl-Qaidə"nin Suriya qolu olan "ən-Nusra Cəbhəsi"nin üzvlərini pusquya salıb. Əbu Sakkar da burada zərərsizləşdirilib.

 

Qeyd edək ki, Əbu Sakkar əslən Homsdandır və Azad Suriya Ordusunun tərkibinə qatılan “Faruk” bölüyünün komandirlərindən olub. Onu son olaraq İdlibdə görmüşdülər. 

Müəllif | Apa.Tv
Apa.tv