Azərbaycan prezidenti həmsədrləri qəbul edib

Azərbaycan prezidenti İlham Əliyev ATƏT-in Minsk qrupunun həmsədrlərini - Ceyms Uorlik, İqor Popov və Pyer Andryunu qəbul edib.

 

APA TV-nin məlumatına görə, görüşdə Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrlə bağlı vəziyyət müzakirə olunub.

 

Həmsədrlər cəbhə xəttində atəşkəs razılaşmasının əldə olunmasını alqışlayıblar. Onlar belə bir fikri diqqətə çatdırıblar ki, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı hazırda aparılan danışıqlar daha intensiv xarakter almalı və bu danışıqlar nəticəsində münaqişə tezliklə öz həllini tapmalıdır.

 

Görüşdə ATƏT-in hazırkı sədrinin xüsusi nümayəndəsi Anji Kaspşik də iştirak edib. 

 

Müəllif | Apa.Tv
Apa.tv