Kəlbəcərdə iki erməni hərbçi öldürüldü

İşğal altında olan Azərbaycan ərazisində iki erməni hərbçi güllələnərək ölüb.

 

APA-nın "Azadlıq" radiosuna istinadən verdiyi məlumata görə, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Arsun Ovannisyan bildirib ki, hadisə aprelin 6-na keçən gecə Kəlbəcərdə baş verib.

 

Hadisə barədə ətraflı məlumat verməyən A.Ovannisyan insidentin araşdırıldığını bildirib.

Müəllif | Apa.Tv
Apa.tv