Bakıda Qarabağa dəstək yürüşü keçirildi
Bu gün Bakıda bir qrup gənc son günlər cəbhə xəttində baş verən hadisələrlə bağlı aksiya keçirib.
APA TV-nin xəbərinə görə, Şəhidlər Xiyabanına toplaşan minlərlə gənc metronun “Elmlər Akademiyası” stansiyasına doğru yürüş edib.
Aksiya iştirakçıları “Qarabağ bizimdir, bizim olacaq!”, “Ən güclü bizim əsgər”, “Şəhidlər ölməz, Vətən bölünməz” və s. şüarlar səsləndirib, üzərinə şüarlar yazılan plakatlar qaldırıblar.
Aksiya insidentsiz başa çatıb.