Bakıda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının toplantısı keçirildi

Aprelin 6-da Azərbaycan Hesablama Palatasının təşkilatçılığı ilə Bakıda Beynəlxalq Audit Qurumlarının Avropa Təşkilatının (EUROSAI) Fəlakətlərə və Qəzalara Ayrılmış Vəsaitlərin Auditi üzrə İşçi Qrupun 2-ci toplantısı keçirilib.

 

APA TV xəbər verir ki, “Fəlakətlə bağlı yardımın auditinə dair təlimatlar: fırıldaqçılıq və korrupsiya riskləri, məlumat əldə edilməsində yeni metodlardan istifadə” mövzusuna həsr olunan toplantıda Hesablama Palatasının auditoru Vaqif Həsənov və Ukrayna Hesablama Palatasının üzvü, kənd təsərrüfatı sahəsi, təbiəti mühafizəsi və fövqəladə halların auditi departamentinin direktoru Mariya Şuleşko tədbir barədə ətraflı məlumat veriblər.

 

Tədbirdə Azərbaycanla yanaşı, Türkiyə, İndoneziya, Bolqarıstan, İtaliya, Polşa Ali Audit Qurumlarının məsul əməkdaşları tərəfindən müxtəlif mövzularda təqdimatlar iştirakçıların diqqətinə çatdırılıb.

 

Toplantı işini aprelin 7-də davam etdirəcək.

Müəllif | Apa.Tv
Sevinc Vaqifqızı