Azərbaycan İrana yeni səfir təyin etdi
Bünyad Səməd oğlu Hüseynov Azərbaycanın İranda fövqəladə və səlahiyyətli səfiri təyin edilib.
APA TV-nin məlumatına görə, Azərbaycan prezidenti İlham Əliyevmüvafiq sərəncam imzalayıb.
Qeyd edək ki, dünən prezident İlham Əliyev Anar Abel oğlu Məhərrəmovun Azərbaycanın İspaniyada fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.
Anar Məhərrəmov Bakı Dövlət Universitetinin rektoru AbelMəhərrəmovun oğludur.