Dövlət Neft Fondu 21 banka 50 mln. dollar satdı

Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.

 

Azərbaycan Dövlət Neft Fondundan (ARDNF) "APA-Economics"ə verilən məlumata görə, fond tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 21 banka satılıb.

 

İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.

Müəllif | Apa.Tv
Apa.tv