Sabirabadda zəncirvari qəza: Dörd maşın bir-birinə çırpıldı

Ötən axşam Sabirabad şəhərinin Heydər Əliyev prospektində dörd avtomobilin iştirakı ilə zəncirvari avtoqəza baş verib. Qəza nəticəsində 57 yaşlı Abbasov Məmmədəli Babaş oğlunun idarə etdiyi “VAZ 2106”, 35 yaşlı Heydərov Murad Müslüm oğlunun idarə etdiyi "Hyundai", İsmayılov Pərviz Əhəd oğlunun idarə etdiyi "Hyundai Sonata" və 32 yaşlı Əliyev Rəşad Əlisafa oğlunun idarə etdiyi “VAZ 2107” markalı avtomobillər toqquşub. Nəticədə avtomobillərə ciddi ziyan dəyib.

Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır. Mahir Məmmədli, Əlibəy Zeynallı, Amid Cavadov - APA TV, Sabirabad
 
 

Müəllif | Apa.Tv
Əlibəy Zeynallı