Əl Oyunları Sarayının qarışısında “Nissan” “BMW 745”lə toqquşub, yaralanan var

Bakının mərkəzində, Əl Oyunları Sarayının qarşısında qəza hadisəsi baş verib. Salyan şossesi ilə hərəkətdə olan “Nissan” markalı maşın Yax Klubdan çıxan “BMW 745” markalı avtomobilə çırpılıb. “BMW”nin sürücüsü köməkçi yoldan əsas yola çıxarkən yol hərəkəti qaydasını pozub və "Nissan"ın sürücüsü qarşısına çıxan avtomobildən yayına bilməyib.

Hadisə nəticəsində "Nissan"ın sürücüsü, 22 yaşlı Elnur Şirinov sınıq xəsarətləri alıb və təcili tibbi yardım briqadası tərəfindən xəstəxanaya aparılıb. “BMW”nin sürücüsü isə xəsarət almayıb. Şahidlərin maşını sürdüyünü iddia etdikləri şəxs israrla sükan arxasında özü olmadığını bildirib. Nə qədər qəribə olsa da, o, sürücüsünün hazırda yolda olduğunu və hadisə yerinə gəldiyini deyib.

Hadisənin təfərrüatları, eləcə də, avtomobili kimin idarə etdiyi araşdırmalardan sonra məlum olacaq. Faktla bağlı Səbail rayon Polis İdarəsinin istintaq şöbəsində araşdırmalara başlanılıb.
 

Müəllif | Apa.Tv