Ordumuz Ermənistana məxsus daha bir pilotsuz uçan aparatı vurdu

Cəbhə bölgəsində ermənilərə məxsus daha bir pilotsuz uçuş aparatı vurulub.

 

APA TV-nin Müdafiə Nazirliyinin saytına istinadən yaydığı məlumata görə, Silahlı Qüvvələrimizin mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistan silahlı qüvvələrinə məxsus "X-55" tipli pilotsuz uçuş aparatı (PUA) müəyyən edilib.

 

Azərbaycan Silahlı Bölmələrinin sayıqlığı nəticəsində pilotsuz uçuş aparatı dərhal xüsusi üsulla endirilib.

Müəllif | Apa.Tv