Maştağada dəhşət: qardaş bacısını qətlə yetirdi, yeznəsini yaraladı

Sabunçu rayonunda qanlı hadisəsi baş verib. APA TV-nin məlumatına görə, qardaş bacısını qətlə yetirib, onun həyat yoldaşını isə bıçaqlayıb.

 

Hadisə rayonun Maştağa qəsəbəsində qeydə alınıb. İzzət Cavadovanın yaşadığı evə gələn qardaşı əvvəlcə onu bıçaqlayıb, daha sonra isə onun həyat yoldaşı 32 yaşlı Vüsal Seyidrəhim oğlu Cavadova xəsarətlər yetirib. İzzət Cavadova aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib. Vüsal Cavadov isə qohumları tərəfindən xəstəxanaya gətirilib. Həkimlər onun sinə nahiyəsindən bıçaqlandığını bildiriblər.

Hadisəni törətməkdə şübhəli bilinən şəxsi 14-cü polis bölməsinin əməkdaşları yaxalayıblar. Hadisənin qısqanclıq zəminində baş verdiyi bildirilir.

Faktla əlaqədar Sabunçu Rayon Prokurorluğunda qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd maddələri ilə cinayət işi başlanıb.

Müəllif | Apa.Tv