Gəncədə sərnişin avtobusu qəzaya uğradı
Gəncədə sərnişin avtobusu divara çırpılıb. APA TV-nin xəbərinə görə, hadisə bu gün səhər saatlarında şəhərin Təbriz küçəsində qeydə alınıb.
Şəhərdə 7 saylı marşrut xətti ilə sərnişin daşıyan “İsuzu” markalı avtobus hərəkətdə olarkən idarəetmədən çıxıb və avtomobil yolun kənarındakı divara çırpılıb. Bir neçə sərnişinin yüngül bədən xəsarətləri aldığı bildirilir.
Faktla bağlı araşdırma aparılır.