Bakıda iki avtobus toqquşdu: ölən və yaralananlar var

Bakıda avtobus qəzası baş verib. Şahidlərin APA TV-yə verdiyi məlumata görə, hadisə Nizami rayonu ərazisində, “Diqlas” ticarət mərkəzinin qarşısında qeydə alınıb.

 

103 və 30 saylı xətt marşrutu üzrə hərəkət edən sərnişin avtobuslarının toqquşması nəticəsində bir nəfər ölüb, səkkiz nəfər müxtəlif dərəcəli bədən xəsarəti alıb. Ölən qadının 60 yaşlı Svetlana Yuryevna Jitova olduğu bildirilir.

 

Səhiyyə Nazirliyindən verilən məlumata görə, xəsarət alanlardan 7 nəfəri 3 saylı Şəhər Klinik Xəstəxanasına, 2 nəfəri isə Travmatologiya İnstitutuna yerləşdirilib.

 

3 saylı Şəhər Klinik Xəstəxanasından APA TV-yə verilən xəbərə görə, qəza nəticəsində Abbas Qurbanov, Mehri Əliyeva, Tamella Qurbanova, Gülmərcan Kərimova, Gövhər Zeynalova, Əzizə Ağamirzəyeva və naməlum kişi xəsarət alıb. Bu şəxslərdən ikisinin vəziyyəti ağır olduğundan, reanimasiya şöbəsinə yerləşdiriliblər.

Müəllif | Apa.Tv