Tovuzda bir ailənin 7 üzvü qidadan zəhərləndi
Tovuzda bir ailənin 7 üzvü qidadan zəhərlənib.
APA TV-nın qərb bürosunun xəbərinə görə, ötən gecə rayonun Molla Ayrım kənd sakinləri - 74 yaşlı Zərnişan Məmmədova, 39 yaşlı oğlu Sərdar Məmmədov, 53 yaşlı qızı Nazilə Əzizova, 29 yaşlı gəlini Aygül Məmmədova, nəvələri - 10 yaşlı Şəlalə, 9 yaşlı Samir və 3 yaşlı Elnarə zəhərlənmə əlamətləri ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib. Z.Məmmədovanın vəziyyəti ağır, oğlu ilə qızının vəziyyəti orta ağır, uşaqların səhhəti isə normal qiymətləndirilir.
Məlumata görə, ailə üzvləri kətə hazırlamaq üçün meşədən göyərti yığıblar. Arasında zəhərli bitkilər olduğundan, yığdıqları göyərtidən hazırladıqları kətə zəhərlənməyə səbəb olub.