Dövlət Neft Fondu 20 banka 50 mln. dollar satdı
Bu gün Azərbaycan Mərkəzi Bankının müntəzəm hərracları vasitəsilə hərrac təşkil edilib.
Azərbaycan Dövlət Neft Fondundan "APA-Economics"ə verilən məlumata görə, fond tərəfindən 50 mln. ABŞ dolları məbləğində vəsait hərraca çıxarılıb və 20 banka satılıb.
İl ərzində ARDNF tərəfindən hərraclar vasitəsilə valyuta satışı davam etdiriləcək.