Göyçayda toqquşan avtomobillər hasara çırpıldı: ana və oğlu ağır xəsarət alıb

Göyçay rayonunda iki nəfərin ağır xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, hadisə bu gün saat 12:00 radələrində Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 220-ci kilometrliyində, Göyçay şəhəri ərazisində qeydə alınıb.

 

68 BA 491 dövlət nömrə nişanlı “VAZ-21011” markalı minik avtomobili qarşı tərəfdən gələn 99 CH 440 dövlət nömrə nişanlı “Audi” markalı minik avtomobili ilə toqquşub.

 

Hadisə zamanı hər iki avtomobil yoldan çıxaraq hasara çırpılıb. “VAZ-21011” markalı avtomobilin sürücüsü, 1977-ci il təvəllüdlü Vüsal Rafael oğlu Manafov və anası, 1955-ci il təvəllüdlü Gülburə Məmməd qızı Manafova ağır bədən xəsarətləri ilə Göyçay Mərkəzi rayon Xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.

Müəllif | Apa.Tv
Elvin Yaqubov