Roqozin: “Azərbaycana silah satmaqda davam edəcəyik”

Rusiya strateji tərəfdaşı olan Azərbaycana silah satmaqda davam edəcək. APA TV-nin məlumatına görə, bu fikirləri Rusiya baş nazirinin müavini Dmitri Roqozin deyib. Ermənistan prezidentinin Rusiyanı Azərbaycana silah satmaqda ittiham etməsinə cavab olaraq Dmitri Roqozin bildirib ki, satış müqavilələrə əsasən həyata keçirilir. “Hər şey imzalanmış dövlətlərarası müqavilələrə uyğundur. Hər iki ölkə bizim strateji tərəfdaşımızdır”.

 

Armenia Today saytının yazdığına görə, Rusiya Azərbaycana T-90C tanklarının satışını artıq başa çatdırmaq üzrədir. 2010-cu imzalanmış müqaviləyə əsasən, Rusiyadan böyük partiya müasir texnika və sursatın alışı 2017-ci ildə başa çatacaq. Söhbət üç tabur T-90C tanklarından, 100-dək PDM-3 və özüyeriyən artilleriya qurğularından gedir.

 

Bundan başqa 2010-cu ildə Azərbaycana 24 ədəd Mİ-35M vertolyotlarının satılması barədə də müqavilə imzalanıb.  

Müəllif | Apa.Tv
Apa.tv