“Ulduz” stansiyasında sərnişin qatarla divar arasında qalıb!

”Ulduz” stansiyasında intihara cəhd hadisəsi baş verib. Dünən axşam saatlarında platformada qatar gözləyən sərnişin, 51 yaşlı Elman Vəkilov qəflətən özünü qatarın altına atıb. Qatarla divar arasında qalan sərnişin ağır xəsarətlər alıb. Hadisə yerinə çağırılan təcilli tibbi yardım briqadası yaralını xəstəxanaya aparıb. Elman Vəkilov Klinik Tibbi Mərkəzə yerləşdirilib, o həkim nəzarəti altındadır. İntiharın səbəbləri məlum deyil, faktla bağlı araşdırma aparılır.
 

Müəllif | Apa.Tv
Almaz Qasımova