Dollar cüzi bahalaşdı - ÜÇ GÜNLÜK MƏZƏNNƏ
Azərbaycan Mərkəzi Bankı ABŞ dollarının aprelin 11-ə olan rəsmi məzənnəsini açıqlayıb.
Mərkəzi Bankdan APA TV-yə verilən məlumata görə, 1 ABŞ dollarının məzənnəsi aprelin 11-ə 1,5269 səviyyəsində müəyyən olunub.
Qeyd edək ki, dollar bu gün 1,5231 manata bərabər olub.