Ermənistanın Azərbaycana təcavüzü Braziliya parlamentində pislənildi

Braziliya parlamentində Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən toqquşmalar müzakirəyə çıxarılıb.

 

APA TV-nin xəbərinə görə, Braziliya-Azərbaycan dostluq qrupunun prezidenti Klaudio Kajado Deputatlar Palatasının plenar iclasında təmas xəttində Ermənistan tərəfindən atəşkəsin pozulması ilə əlaqədar çıxış edib.

 

O, münaqişəsinin dərinləşməsi zamanı Azərbaycanın mülki əhalisinin hədəfə alınmasından dərin narahatlığını bildirib: "Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərində qeyri-qanuni mövcudluğu gərginliyin artmasına və davam etməsinə əsas səbəb olaraq qalır və regionda sülh və sabitliyə təhlükə yaratmaqda davam edir. Vurğulamaq istərdim ki, BMT Təhlükəsizlik Şurasının 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycana qarşı gücdən istifadə və onun ərazilərinin işğal edilməsi pislənilib və Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı bir daha təsdiq edilib. Bu qətnamələr ən qısa bir zamanda icra olunmalıdır”.

 

Qeyd edək ki, Braziliya-Azərbaycan dostluq qrupunun vitse-prezidenti Rodriqo Maya və Rio de Janeyro Şəhər Şurasının Xarici əlaqələr komissiyasının sədri Sezar Maya Ermənistanın tərəfindən atəşkəsin pozulması ilə əlaqədar birgə bəyanatla çıxış ediblər. Onlar təmas xəttində Ermənistan hərbi qüvvələri tərəfindən Azərbaycana qarşı törədilmiş son təxribatları qınayıb, Azərbaycanın haqlı mövqeyi ilə tam həmrəy olduqlarını bəyan ediblər.

Müəllif | Apa.Tv
Apa.tv