Hər kəsə ayda 2000 avro veriləcək - ŞOK QƏRAR

Kim bir maşın pul istəyir? İsveçrədə Hamı üçün qeyd-şərtsiz davamlı pul gəliri formalaşdırmaq təşəbbüsü geniş rezonans doğurub. Təşəbbüsün müəllifləri minimum istehlak zənbilini doldurmaq üçün hər bir vətəndaşa ayda 2000 avro veriləcəyini bildirirlər. Bu barədə parlament petitsiyasını artıq 120 mindən artıq insan imzalayıb. Petitsiya İsveçrə parlamentinə təqdim olunub. İsveçrə isə hazırda bununlas bağlı referendum keçirməyə hazırlaşır. Təşəbbüsün müəllifi Enno Şmidt bildirib ki, bu addım insan haqlarının qorunması istiqamətində irəli atılmış böyük bir addım ola bilər. Müəlliflər öz ideyalarını çox effekli şəkildə ifadə ediblər. Parlamentin qarşısındakı meydana 400 min İsveçrə frankı məbləğində pul tökülüb. Bu təxminən 350 min avro deməkdir.

İdeyanı irəli sürən Daniel Ştraub deyir ki, bu təşəbbüsə qarşı çıxanlar mövcud sistemin üstünlüklərini öz çəkəcəklər: SİTAT: “Bu, hələlik sınaq layihəsidir. Bizim kiçik, müstəqil dövlətimiz var. Yəni İsveçrə Avrozonadan müstəqil dövlətdir. Lakin, bu, qeyd olunan layihə üçün bir üstünlükdür”.

İsveçrənin sabiq vitse-kansleri Osvald Ziqq isə hesab edir ki, dünyada hər vətəndaşa ayda 2000 avro verə biləcək yeganə dövlət hələlik İsveçrədir. “İndi bu təklifi ya qəbul etmək, ya rədd etmək qalır. Vətəndaşalara paylanacaq vəsaitin haradan tapılmasını isə məmurlar müəyyənləşdirəcək”.

Mütəxəxssilər isə bildirir ki, mövcud pensiya sistemi İsveçrə kimi bir ölkə üçün çox köhnəlib. Lakin müftə 2000 avro aldıqdan sonra vətəndaşların işləmək istəyib-istəməyəcəyi də sual altındadır.
 

Müəllif | Apa.Tv
Apa.tv