Tovuzda qonşularını soyan şəxs ələ keçdi
Tovuzda oğurluq edən şəxs saxlanılıb. APA TV-nin qərb bürosunun verdiyi məlumata görə Tovuz rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bozalqanlı kəndində iki evdən oğurluq edən kənd sakini 1976-cı il təvəllüdlü Rasim Məmmədov tutulub.
Məlumata görə, o, bir neçə ay öncə həmkəndlisi Əminə Hüseynovanın evindən 3000 manat, qonşusu Anar Məmmədovun mənzilindən isə 2150 manat aparıb.
Faktla bağlı Tovuz rayon Polis Şöbəsində araşdırma aparılır.