MN: Döyüş bölgəsində düşmənə məxsus rabitə vasitələri ələ keçirilib

Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri ələ keçirilib. 

 

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Məlumata görə, aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan erməni hərbi qulluqçularına aid müxtəlif sənədlər, rabitə vasitələri və ləvazimatlar əldə olunub.

 

Müəllif | Apa.Tv
Apa.tv