Azərbaycan nefti 3 dollardan çox bahalaşdı

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 2,46 dollar artaraq 39,72 dollar təşkil edib.

 

"APA-Economics"in məlumatına görə, ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 2,51 dollar artaraq 41,94 dollar olub.

 

Azərbaycan nefti isə 3 dollardan artıq bahalaşıb. "AzeriLight" markalı neftin 1 barelinin qiyməti 3,19 dollar və ya 8,07% artaraq 42,72 dollar təşkil edib.

Müəllif | Apa.Tv
Apa.tv