Bir qrup gənc AXCP sədri Əli Kərimlinin evinin qarşısında piket keçirdi
Bu gün bir qrup gənc Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimlinin yaşadığı evin qarşısında etiraz aksiyası keçirib.
APA TV-nin məlumatına görə, aksiya iştirakçıları Ə.Kərimlinin son günlər cəbhədə baş verən hadisələrlə bağlı Azərbaycan dövlətinin siyasətinə qarşı çıxmasını tənqid edib, ermənipərəst siyasət yürütdüyünü bildiriblər.
Aksiya iştirakçıları "Şəhidlərin qanından istifadə etmə!", "Ar olsun!" şüarları səsləndiriblər. Onlar gəncləri ölkə başçısı İlham Əliyevin ətrafında birləşməyə və Əli Kərimlinin fikirlərinə əhəmiyyət verməməyə çağırıblar.
Aksiya polisin müdaxiləsi ilə dağıdılıb.