Şəmkirdə dəhşətli qəza: 2 ölü
Şəmkirdə ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib. APA TV-nin qərb bürosunun xəbərinə görə, hadisə axşam saat 21:00 radələrində Bakı-Qazax magistral yolunun Şəmkir rayonunun Könüllü kəndi ərazisindən keçən hissəsində baş verib.
“Mercedes” markalı yük avtomobili ilə “VAZ-2106” markalı minik maşınının toqquşması nəticəsində “VAZ”-ın sürücüsü, 47 yaşlı Mürvət Məmmədov və sərnişini, 45 yaşlı Rafiq Verdiyev ölüb.
Meyitlər Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Şəmkir rayon şöbəsinə aparılıb. Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsində araşdırma aparılır.