Medvedev Azərbaycan və Ermənistana silah satmaqda israrlı olmalarının səbəbini açıqladı

"Rusiya Azərbaycan və Ermənistana silah satışını davam etdirəcək". APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, bu açıqlamanı Rusiyanın baş naziri Dmitri Medvedev verib.

 

"Ermənistan bizim Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında müttəfiqimizdir. Bizim Ermənistanla həm də hərbi-texniki sahədə müqavilələrimiz var. Azərbaycan da bizim strateji partnyorumuzdur. Bir dəqiqəlik düşünək, biz adı çəkilən ölkələrə silah satışını dayandırsaq, nə baş verər? Biz çox gözəl anlayırıq, bu boşluq doldurulacaq və hər iki tərəf başqa ölkələrdən silah almağa başlayacaq. Bu isə məlum ölüm hallarının artmasına gətirib çıxaracaq. Bu həm də o deməkdir ki, hazırkı balans pozulacaq. Biz Azərbaycanın və Ermənistanın bu sahədə ehtiyacını yaxşı bilirik və bu tənzimləmə regionda gərginliyin artmasına mane olur. Mən əminəm ki, bölgəyə başqa silah ixracatçısının müdaxiləsi alovlanmanı gücləndirəcək", - deyə Medvedev əlavə edib.

Müəllif | Apa.Tv
Apa.tv