Gəncədə silsilə oğurluqlar edən şəxs tutuldu
Gəncədə oğurluq edən Salyan rayon sakini saxlanılıb. Gəncə şəhər Baş Polis İdarəsindən APA TV-nın qərb bürosuna verilən məlumata görə, şəhər sakini, Xəqani Əbdüləzimov idarəyə müraciət edərək şəhərin Əli Nəzmi küçəsində olan evindən oğurluq edildiyini bildirib.
Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Salyan rayon Şikarlı kənd sakini, 1994-cü il təvəllüdlü Maqsud Əliyev saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, M.Əliyev mənzildə olan dəmir seyfi apararaq qonşunun həyətində açıb. Seyfdən ümumilikdə 14 751 manat dəyərində (3350 ABŞ dolları, 600 avro və qızıl zinət əşyaları) nağd pul və qızıl zinət əşyaları aparıb. Saxlanılan şəxsin ətrafında aparılan araşdırma zamanı məlum olub ki, o, son iki ay ərzində Gəncədə 4 mağaza və 1 iaşə obyektindən də oğurluq edərək ərzaq məhsulları aparıb.
Faktla bağlı cinayət işi açılıb, istintaq davam etdirilir.