Beşinci mərtəbədən evə alpinist ləvazimatları ilə girdilər - ƏMƏLİYYAT
Bakı şəhəri, Xətaii rayonu, Məhəmməd Hadi, 65 ünvanında giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı uşaqlar mənzildə köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə mənzilə daxil olublar. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, evdə qalmış uşaqlar 2007-ci il təvəllüdlü Cəfərli Kənan Pəsi oğlu və 2010-cü il təvəllüdlü Cəfərli Nəzrin Pəsi qızıdır. Xilasedicilər 5-ci mərtəbədən alpinist ləvazimatlarla 3-cü mərətəbədəki evə daxil olaraq qapını açmağa müvəffəq olublar. Hadisə yerinə gələn təcili tibbi yardım həkimləri mənzildə nəzarətsiz qalmış və gərgin psixoloji vəziyyətdə olan azyaşlıları müayinə etdikdən sonra Fövqaladə Hallar Nazirliyinin xilasetmə qüvvələri uşaqları valideyinlərinə təhvil veriblər.