Ermənilər döyüş bölgəsindən daha iki hərbçisinin meyitini çıxardı

Aprelin 2-dən 5-nə qədər Dağlıq Qarabağ cəbhəsində baş verən silahlı qarşıdurmada döyüş meydanında qalan hərbçilərin meyitlərinin götürülməsi prosesi bu gün də davam edib.

 

APA TV-nin məlumatına görə, düşmən tərəf ərazidən daha 2 meyit çıxarıb. Bu barədə Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan öz "Facebook" səhifəsində onların fotolarını paylaşıb.

 

Onlar 1996-cı ildə Ermənistanın Vedi şəhərində doğulmuş, soyadı açıqlanmayan Andranik adlı əsgər və 1996-cı ildə Ermənistanın Gekarkun rayonunda anadan olmuş əsgər David Ayrapetyandır.


Xatırladaq ki, bu gün erməni tərəfi döyüş bölgəsindən daha 5 hərbçisinin meyitini çıxardığını bildirib və onların şəxsiyyətini açıqlayıb.

 

Müəllif | Apa.Tv
Apa.tv