Roma Papası Azərbaycana səfər edəcək
Roma papası Fransisk 30 sentyabr - 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana səfər edəcək.
APA-nın "RIA Novosti"yə istinadən xəbərinə görə, bu barədə Müqəddəs Roma kilsəsinin mətbuat xidməti məlumat yayıb.
Səfərin Gürcüstanın və Azərbaycanın dövlət rəhbərliyi və dini idarəçiliyi tərəfindən reallaşdırıldığı deyilir.
Roma Papası Ermənistana 24-26 iyun tarixlərində səfər edəcək.