Ermənilərin döyüş meydanında atıb qaçdığı silahlar, hərbi avadanlıq və texnika ələ keçirildi
Aprelin 2-dən 5-dək Azərbaycan və Ermənistan silahlı qüvvələri arasındakı döyüş qarşıdurması zamanı Silahlı Qüvvələrimizin bölmələri tərəfindən endirilən əks-həmlələrdən çoxsaylı itkilər verərək məğlubiyyətə uğradılan düşmən ordusunun döyüş meydanında atıb qaçdıqları silah-sursat, gecəgörmə cihazları bölmələrimiz tərəfindən ələ keçirilib.
APA TV-nin məlumatına görə, Müdafiə Nazirliyinin rəsmi saytında və "Facebook" səhifəsində həmin silah-sursatın və avadanlığın fotoları yayılıb.
Xatırladaq ki, bu gün Ermənistan silahlı qüvvələrinin hərbi qulluqçularına məxsus müxtəlif sənəd və rabitə vasitələri də ələ keçirilib.