Atəş xəttində qalan şəhidlərimizin meyitləri qaytarıldı
Cəbhə xəttində gedən döyüşlərdə hər iki tərəfdən döyüş meydanında qalan hərbçilərin meyitlərinin götürülməsi və dəyişdirilməsi aprelin 10-da da davam edib.
APA TV-nın Qarabağ bürosunun xəbərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsinin vasitəçiliyi ilə gerçəkləşdirilən dəyişdirmə əməliyyatında erməni tərəfin 12-dən çox meyiti əməliyyat zonasından götürülüb və qarşı tərəfə təhvil verilib.
Dəyişdirmə prosesi Ağdamın işğal altında olan Baş Qərvənd kəndi ərazisində, qoşunlar arasındakı neytral ərazidə keçirilib. Şəhid olmuş Azərbaycan hərbçiləri haqda hər hansı açıqlama verilməsə də, götürülən şəhidlərimizin nəşi ailələrinə təhvil veriləcək.