25 yaşlı Qazax sakini minaya düşdü

Qazaxda 25 yaşlı mülki şəxs minaya düşüb. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə rayonun Xanlıqlar kəndində qeydə alınıb.

 

Kənd sakini, 1991-ci il təvəllüdlü Abbasov Kamal Elman oğlu yabanı bitki yığmaq üçün düşmənlə təmas xəttinə yaxın əraziyə gedib və orada minaya düşüb. Yaralı Qazax Diaqnostika Mərkəzinə yerləşdirilib. Ona dərhal tibbi yardım göstərilib və sol ayağı amputasiya olunub.   

Müəllif | Apa.Tv
Azər Məmmədli