Ermənistan tərəfinə 18 hərbçinin meyiti təhvil verilib
Aprelin 10-da Dağlıq Qarabağın Baş Qərvənd yaşayış məntəqəsində hərbi əməliyyatlarda həlak olanların meyitləri dəyişdirildiyi zamanı erməni tərəfinə 18 hərbçinin meyiti verilib.
APA TV-nin Ermənistan KİV-nə istinadən verdiyi məlumata görə, meyitlərin dəyişdirilməsi razılaşmaya uyğun olaraq həyata keçirilib.
Məlumatda bildirilir ki, proses Beynəlxalq Qızıl Xaç Komitəsinin və ATƏT-in vasitəçiliyi ilə həyata keçirilib.