İmamverdi Əbilov son mənzilə yola salındı
Ədəbiyyatşünas alim, professor İmamverdi Əbilov 89 yaşında vəfat edib. APA TV-nin məlumatına görə, İ.Əbilov ötən gün doğulduğu Neftçala rayonunun Qoltuq kəndində dəfn edilib.
Dəfn mərasimində respublikanın ictimai-ədəbi simaları, elm adamları, Milli Məclisin deputatları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
Məlumat üçün qeyd edək ki, İ.Əbilov 1927-ci ildə Neftçala rayonunun Qoltuq kəndində anadan olub. 1955-ci ilə qədər pedaqoji fəaliyyətlə yanaşı, Neftçala Rayon Partiya Komitəsinin 2-ci katibi vəzifəsində çalışıb.
800-dən artıq məqaləsi dərc olunub, “Rəsul Rza” (1960), “Azərbaycan ədəbiyyatında yeni insan”, “Siyasi lirikanın tədrisi”, “Şəhidlər mehrabı. Rəhmət duası”, “Ömrün anları”, "Əsrlər... nəsillər... əməllər", "Ömrün dan qızartısından qürub şəfəqlərinədək", "Zamanla vaxt arasında", "Təbiətin və təfəkkürün möcüzəsi Xudu Məmmədov", Bəxtiyar Vahabzadə barədə "Xatirələrin ay işığında" (2013) kitablarının müəllifidir. Əsərlərinin 15 cildliyi nəşr olunub.
Respublikanın əməkdar müəllimi adına layiq görülüb, prezidentin fərdi təqaüdçüsü olub.
Qeyd edək ki, İ.Əbilov “Ədəbiyyat qəzeti”nin baş redaktoru Azər Turanın atasıdır.
Allah rəhmət eləsin!