Neft bahalaşmaqda davam edir

Dünya bazarında neftin qiymətində bahalaşma qeydə alınıb. APA TV-nin məlumatına görə, səhər seanslarında "Brent" markalı neftin qiyməti 41,91 dollara qalxıb.

 

Bugünkü hərraclarda Texas nefti də ötən günlərə nisbətən baha satılır. WTI neftinin qiyməti 39.61 dollara yüksəlib. Ekspertlər qiymətlərin hələ aprelin 17-dək 39-41 dollar ətrafında stabilləşəcəyini qeyd edirlər. Bir neçə gün öncə isə neftin qiyməti 39 dollardan da aşağı düşmüşdü.

 

Qeyd edək ki, aprelin 17-də Dohada OPEK ölkələri və kartelə üzv olmayan neft dövlətlərinin toplantısı keçiriləcək. Bu görüşün nəticələrinin neftin qiymətlərinə təsir edəcəyi gözlənilir.

Müəllif | Apa.Tv
Apa.tv