Minaya düşən Qazax sakinləri təmas xəttinə niyə gedibmiş?
Qazax rayonunun Ermənistanla həmsərhəd bölgəsində üç Azərbaycan vətəndaşı minaya düşüb. Onlardan ikisi artıq minalanmış sahədən çıxarılıb, üçüncü şəxsin taleyi barədə heç bir məlumat yoxdur. Aşağı Əskipara kəndində baş verən partlayış nəticəsində Quşçu Ayrım kənd sakini, 35 yaşlı Vəzir Vəliyev minaya düşərək, bel nayihəsindən qəlpə yarası alıb. Yaralı dərhal Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdirilib və ilk tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Neytral ərazidə olan digər şəxs, Qazaxın Alpoud kənd sakini, 30 yaşlı təvəllüdül Xəqani Məmmədov isə xəsarət almayıb. O, hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən dindirilir. Partlayış zamanı hadisə yerində olan Qazax rayon sakini Əli Əliyevin taleyindən isə xəbər yoxdur. Onun minalanmış ərazidə qaldığı hgüman olunur. Qeyd edək ki, hadisə bu gün səhər 04.00 radələrində baş verib. Polis orqanları minaya düşən şəxslərin düşmənlə təmas xəttinə getmələrinin səbəbini araşdırır.