Dollar, avro və rubl bahalaşdı - HƏFTƏNİN İLK MƏZƏNNƏSİ
Azərbaycan Mərkəzi Bankı xarici valyutaların növbəti məzənnələrini açıqlayıb.
APA TV-nin məlumatına görə, ABŞ dollarının məzənnəsi artıb. Mərkəzi Bank dolların kursunu 1,5269 manat olaraq müəyyənləşdirib.
Bivalyuta səbətinə daxil olan avro isə manat qarşısında dəyər qazanıb. Avronun rəsmi məzənnəsi 1,7422 manat olaraq açıqlanıb.
Rusiya rublunun da məzənnəsi artıb. Hazırda 1000 Rusiya rublu 22 manat 70 qəpikdir.
Qeyd edək ki, Mərkəzi Bank valyuta məzənnələrini həftə içi hər gün açıqlayır. Cümə günləri isə şənbə, bazar və bazar ertəsi üçün üçgünlük məzənnə açıqlanır.